• Gümrüklərə qarşı
    Alborz sənaye şəhəri, Qəzvin

  • call
  •  
  • +994 51 35 51 107
    +994 50 560 0036

Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyuldu

İslamazeri.az xəbər verir ki, avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar”

MMC şirkətinin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə

üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin

Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sənaye, mədən və ticarət

naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməlini qoyan İqtisadiyyat

naziri Şahin Mustafayevə və İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri

Məhəmmədrza Nemətzadəyə məlumat verilib ki, istehsal gücü ildə 10 000 ədəd avtomobil

olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 15 mln. ABŞ dolları

olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyun ayında

isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən

şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması

köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Sonra nazirlər Avtomobil Zavodunda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobil

modelləri, eləcə də Neftçala Sənaye Məhəlləsinə sahibkarlar üçün yaradılmış şəraitlə tanış

olublar.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında

siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini,

əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin

göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən

görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul

verir. Prezidentlər son 3 ildə 6 dəfə görüşüb. Avqustun 8-də İran İslam Respublikasının

prezidenti Həsən Ruhani Azərbaycana növbəti səfər edəcək. Əminik ki, bu səfər də

ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

İqtisadi sahədə əməkdaşlıq Azərbayacan-İran əlaqələrinin mühüm istiqamətlərindəndir.

Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən 150 mln. ABŞ

dolları qeyri-neft sektoru olmaqla, Azərbaycan iqtisdaiyyatına 2,5 mlrd. dollar investisiya

yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-

iyun aylarında ticarət dövriyyəsinin həcmi 66% artıb. Azərbaycan və İran arasında

iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, sənaye, səhiyyə, turizm,

energetika, maliyyə və bank sahələrdə mühüm addımlar atılıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün İranın Sənaye, mədən və ticarət nazirinin

ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş avtomobil istehsalı zavodu 10 hektar ərazidə

tikiləcək. İlkin olaraq zavoda 15 mln. dollar həcmində investisiyanın yatırılması nəzərdə

tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25%-nin İran şirkəti

tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan

şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.

İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza

Nemətzadəyə dost və qonşu ölkələr olar İran və Azərbaycan arasında əlaqələrin dövlət

başçılarının fəaliyyəti nəticəsində son zamanlar daha da inkişaf etdiyini vurğulayıb. Qeyd

edlib ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bu

imkanlardan səmərəli istifadə olunmalıdır.Bu gün təməli qoyulan avtomobil istehsalı zavodu

bunu bir daha təsdiq edir. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsinə

dair fikirlərini bölüşən İranlı nazir səhiyyə, əczaçılıq və s. sahələrdə əlaqələrin inkişaf etdiyini

qeyd edib, Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan

məmnunluğunu bildirib, İran şirkətlərinə bu potensialdan yararlanmağa dəvət edib.

Daha sonra Neftçala Sənaye Məhəlləsinə avtomobil istehsalı zavodunun tikintisinə dair

Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkətləri arasında 6 müqavilə

imzalanıb. Sənədləri Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin rəhbəri Emin

Axundov və İran İslam Respublikasının “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke

Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və

istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və

texniki dəstək sahələrini əhatə edir.

Qeyd: Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində innovativ və

müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və

ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında,

regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta

sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye

zonalarının yaradılması və fəaliyyətinin təşkili xüsusilə önəmlidir. Bu baxımdan, Azərbaycan

Respublikası Prezidentinin 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə Neftçala Sənaye

Məhəlləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Artıq Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri

infrastruktur yaradılıb. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər

hazırlıq işləri aparılır. Sənaye Məhəlləsi ümumi sahəsi 7800 kvadrat metr olan 8 istehsal

təyinatlı modullaşdırılmış blokdan, 1200 kvadrat metr olan inzibati və texniki binalardan

ibarətdir. Neftçala Sənaye Məhəlləsinin inzibati binası iki mərtəbəli olmaqla toplantı və

təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən

müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt,

yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan

sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi

məsləhətlər, bank və sığorta, poçt və internet, logistika, istehsalat və məişət tullantılarının

idarə olunması, yeməkxana və tibbi xidmətlər də göstəriləcək. Hazırda Neftçala Sənaye

Məhəlləsində 8 layihə üzrə işlər aparılır.

Saturday, October 6, 2018

Şərhlər

Web Analytics