• Gümrüklərə qarşı
    Alborz sənaye şəhəri, Qəzvin

  • call
  •  
  • +994 51 35 51 107
    +994 50 560 0036

buxar qazan

İES-lərdə buxar qazanları əsas istilik avadanlığı olub, bəsləyici suyu müəyyən təzyiq və temperatura malik qızışmış buxara çevirir.

Elektrik enerjisi hasil etmək üçün stansiyada qoyulan buxar qazanları energetik buxar qazanları, texnoloji və istiləşdirmə məqsədləri üçün işlədilən buxar qazanları isə sənaye və yaxud istiləşdirmə buxar qazanları adlanır.

Buxarlandırıcı borularda su-buxar qarışığının hərəkəti iki cür təşkil edilir: təbii və məcburi.

Bu səbəbə görə buxar qazanları aşağıdakı siniflərə bölünür: təbii dövranlı barabanlı buxar qazanlarıməcburi dövranlı barabanlı buxar qazanlarıdüz axınlı buxar qazanlarıkombinəedilmiş dövranlı qazanlar.

Respublikamızın enerji sistemində təbii dövranlı barabanlı buxar qazanları və düz axınlı buxar qazanlarından istifadə edilir.

Təbii dövranlı barabanlı buxar qazanının iş prinsipi: Yanıcı qarışıq yandırıcı quruluşa verilir. Burada yanacağın yanma prosesi getmir. Yandırıcı quruluşun vəzifəsi yanacaq ilə havanın yaxşı qarışmasını təmin etməkdir. Yanıcı qarışıq ocaq kamerasına verilir, burada yanma prosesi nəticəsində yüksək temperatur (2000°C-yə qədər) alınır. İstiliyin bir hissəsi daxili divarlarda yerləşən buxarlandırıcı borulara şüalanma yolu ilə verilir. Nəticədə borunun daxilində su buxar qarışığı yaranır. Sıxlıqlar fərqi nəticəsində su-buxar qarışığı barabana doğru hərəkət edir. Burada su və buxar ayrılır. Barabandan buxar buxar qızdırıcıya oradan isə turbinə verilir. Bu buxarın miqdarında isə barabana bəsləyici su verilir.  Bu su isə öz növbəsində ekonomayzerdə müəyyən temperatura qədər qızdırılır. Ekonomayzerdən sonra hava qızdırıcısı yerləşdirilir. Burada yanma məhsulları öz istiliyini havaya verir. Bu hava isə yanıcı qarışıq hazırlamaq üçün istifadə edilir. Bütün bu proseslərdən sonra atmosferə atılan havanın temperaturu 140°C-160°C-yə düşür

Müəllif: mohammd
Tuesday, October 17, 2017

Şərhlər

Xülasə

İES-lərdə buxar qazanları əsas istilik avadanlığı olub, bəsləyici suyu müəyyən təzyiq və temperatura malik qızışmış buxara çevirir.

Files

Ən çox baxılan

Web Analytics